Dubay Gömrük Xidmətinin icraçı direktoru Azərbaycana gəlib

Dubay Gömrük Xidmətinin icraçı direktoru Azərbaycana gəlib Birləşmiş Ərəb Əmirliklərinin Dubay Gömrük Xidmətinin icraçı direktoru Əhməd Məhbub Müsabihin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Asiya.az “Emirates News Agency”yə istinadən verdiyi məlumata görə, Dubay Gömrük Xidmətinin nümayəndə heyəti iyunun 12-14-də Bakıda keçiriləcək Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgisində iştirak edəcək.

Bakıda baş tutacaq İnformasiya Texnologiyaları Konfransı və Sərgisi “Smart sərhədlər üçün yeni texnologiyalar” şüarı altında keçiriləcək. Konfrans ticarət, səyahət və nəqliyyat üçün yeni imkanlar yaradacaq. Gələcəkdə bu konfrans rəqəmsal dünyanın gömrük və digər dövlət qurumlarına təsirini araşdıracaq.

Qeyd edək ki, İnformasiya Texnologiyaları Konfransı və Sərgisində Dubay gömrük xidməti ilə yanaşı, Cənubi Koreya, İtaliya, Çin, Hollandiya, Almaniya və digər ölkələrin nümayəndə heyətləri, həmçinin “Huawei”, “S2 Global” və “McKinsey” kimi şirkətlərin nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, sərgidə özəl və hökumət sektorunda yaradılan yeni texnoloji tərtibatlar təqdim ediləcək. Bu texnologiyalar yeni imkanlar yaradacaq.

Əhməd Məhbub Müsabih bildirib ki, bu qlobal sərgi və konfransda iştirak onların öhdəliklərinin bir hissəsidir: “Burada iştirakımız bizim digər gömrük xidmətləri və hüquq mühafizə orqanları ilə təhlükəsizlik sahəsində səylərin koordinasiyası ilə bağlı aparıcı mövqeyimizi dəstəkləmək deməkdir. ÜGT ilk dəfə, gömrük texnologiyası ilə əlaqədar təşəbbüslərin formalaşmasına kömək edən iki böyük dövlət və özəl sektorun tədbirlərini birləşdirdi. Bu da bütün iştirakçılar üçün bu tədbiri əhəmiyyətini daha da artırır”.

Oxşar xəbərlər