Slovakiya Bakıda millimizi darmadağın etdi

Slovakiya Bakıda millimizi darmadağın etdi
  • İdman

  • Avro-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

    Asiya.az-ın məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

    Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov.

    Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka

    Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

    ***

    Azərbaycan və Slovakiya milli komandanlarının matçı start götürüb.

    ***

    8-ci dəqiqədə Slovakiya millisinin oyunçusu Stanislav Lobotka hesabı açıb: 1-0.

    ***

    Rəqib komanda oyunçusu Yurak Kuçka 27-ci dəqiqədə 2-ci qolu vurub. Ardınca Ramil Şeydayev fərqi azaldıb: 2-1.

    ***

    30-cu dəqiqədə Marek Hamşik 3-cu qolu millimizin qapısından keçirib: 3-1.

    ***

    Hamsik 57-ci dəqiqədə komandasına növbəti qolu qazandırıb: 4-1.

    ***

    85-ci dəqiqədə David Hancko 5-ci qolu vurub: 5-1.

    ***

    Millimiz 1-5 hesabı ilə Slovakiyaya məğlub oldu.
    PAYLAŞ:

    Oxşar xəbərlər