Azərbaycan sərhədçiləri 5 km 100 m uzunluğunda dövlət bayrağı hazırlayıb

Azərbaycan sərhədçiləri 5 km 100 m uzunluğunda dövlət bayrağı hazırlayıb
  • Cəmiyyət

  • Azərbaycan sərhədçiləri 15 iyun – “Milli Qurtuluş gü­nü”nün 26-cı ildönümünü ənənəvi olaraq yüksək səviyyədə qeyd edirlər.

    Asiya.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir ki, xidməti tərəfindən bu münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı möh­təşəm bay­raq yürüşü təşkil edilib.

    Dövlət müstəqilliyimizin rəmzi və hər bir azər­baycanlının qü­rur mən­bəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayra­ğımızı irəlidə generallar və zabitlər olmaqla 5000 nə­fər­ heyət çiyinləri üzərində daşıyıblar.

    Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sər­hədçi süvariləri mü­qəddəs döv­lət bay­rağımızı başları üzərində ucaldıblar.

    Yürüş boyu yerləşdirilmiş zirehli döyüş tex­­ni­­ka­larında dövlət bay­rağının dalğalan­dırılması, bayrağımızdakı səkkiz gu­şəli ulduzu tərən­nüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib
    PAYLAŞ:

    Oxşar xəbərlər