“Son zəng” qəzası: məzunun qulağı qopdu

“Son zəng” qəzası: məzunun qulağı qopdu
  • Olay

  • Lənkəranda “Son zəng” günü məzunlar qəzaya düşüblər.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadəni xəsarət alıb.

    Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.

    Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər