Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü

Bakıda 20 yaşlı gənc ürəyindən bıçaqlanaraq öldürüldü
  • Hadisə

  • Bakıda 20 yaşlı gənc bıçaqlanıb.

    Asiya.az "oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 93 ünvanında baş verib.

    20 yaşlı gənc ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

    Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə təcili tibbi yardım xidmətinə gecə saat 00:00 radələrində məlumat daxil olub:

    "Təcili yardım hadisə yerinə çatanda yaralının vəziyyəti ağır olub. Həkimlər onu dərhal xəstəxanaya çatdırmağa çalışıb. Lakin yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib”.

    Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər