Bakıda sakibkarı güllələyən “Hozu” "Vinçester"lə tutuldu

Bakıda sakibkarı güllələyən “Hozu” "Vinçester"lə tutuldu
  • Hadisə

  • Bakıda bir neçə gün öncə yeznəsini güllələyən şəxs tutulub.

    Asiya.az qafqazinfo-ya istinadən xəbər verir ki, qətl törədərən hadisə yerindən qaçan və 4 gün gizlənən "Hozu" ləqəbli Rauf Şirinov iyunun 17-də saxlanılaraq istintaqa təhvil verilib. O, saxlanılarkən hadisə zamanı istifadə etdiyi "Vinçester" markalı silah da üzərində olub və ondan götürülüb.

    Hadisə iyunun 13-ü gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

    B.Bünyatov küçəsində magistral yolda 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib. R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb.

    Mərhum R.Məmmədovun 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər