Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar qəbul-görüşü keçirildi

Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar qəbul-görüşü keçirildi
  • Sosial

  • 19 iyun 2019-cu il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Mərdəkan qəsəbəsi sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

    Asiya.az xəbər verir ki, Səyyar görüşdə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, rayon üzrə fəaliyəət göstərən xidmət sahələrinin rəhbərləri, Mərdəkan qəsəbəsi İƏD üzrə nümayəndəsi, Bələdiyyə sədri və qəsəbə sakinləri iştirak ediblər.

    Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sakinlər qarşısında çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin sürətlənməsi və rayon ərazisində, xüsusilə Mərdəkan qəsəbəsində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, 2019-cu ilin əvvəlindən başlayaraq ölkəmizdə həyata keçirilən islahatlar, xüsusilə əhalinin rifahının daha da yaxşılaşmasına yönəlmiş tədbirlər barədə ətraflı məlumat verib.
    Qəbulda iştirak edən Mərdəkan qəsəbə sakinləri, küçələrin işıqlandırılması, içməli su və kanalizasiya, sahibsiz itlərin çoxalmasından və digər sosial məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.

    Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.
    Sonda sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirmişdilər.


    Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar qəbul-görüşü keçirildi
    Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar qəbul-görüşü keçirildi
    Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar qəbul-görüşü keçirildi
    Xəzər rayonu Mərdəkan qəsəbəsində səyyar qəbul-görüşü keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər