Yüksək təzyiqi salan 15 qida - Hipertoniklərin xilası

Yüksək təzyiqi salan 15 qida - Hipertoniklərin xilası
  • Maraqlı

  • Təzyiqdən əziyyət çəkənlərin evində soyuducuda, masada bu ərzaqlar olsa, onlar təzyiqin qarşısını asanlıqla alar, bir az narahatlıq hiss edən kimi, bu vasitələrlə özlərinə kömək edərlər.

    Asiya.az medicina.az-a istinadən bildirir ki, alimlər yüksək təzyiqə qarşı təsirli qidaları sadalayıb.

    1.Təzə giləmeyvələr

    Qarağat, moruq, böyürtkən, gilas, çiyələk və s. tərkibində olan flavanoidlər arterial hipertenziyanı salır.
    Tədqaiqatlar göstərib ki, gündə bir fincan miqdarında hər hansı giləmeyvə yeyən şəxsrlərdə təzyiq həmin gün 8% azalır.

    2.Ərik qurusu

    Amerika Ürək assosiasiyası məsləhət görür ki, təzyiqi kontrolda saxlamaq üçün kaliy lazımdır. Çünki kaliy təzyiqə səbəb olan çox miqdarda natriumu yuyub aparır. Kaliy isə quru ərikdə 1,500 mq, təzəsində isə 435 mq-dır. Ona görə təzyiq xəstəsi gündə 10-12 ədəd ərik qurusu yeməlidir.

    3.Banan

    Bu tropik meyvə də kaliy və maqniy mənbəyidir. Ürəyi qidalandırır. Səhər yoqurta banan qatıb yemək lazımdır ki, sutka ərzində təzyiq çox yuxarı qalxmasın

    4.Darçın

    Bu ədviyyat sistolik və diastolik təzyiqi salır. Eləcə də diabet xəstələri üçün vacibdir.

    5.Yağlı balıq -losos, skumbriya

    Omeqa 3 ilə zəngin balıq həftədə 2 dəfə yeyilməlidir.

    6.Təzə çuğundur şirəsi

    Bir stəkan şisə təzyiqi 5 saat ərzində aşağı salır

    7.Qatıq, kefir, duzlu kələm

    Fermentləşdirilmiş məhsullar təbii probiotik olub, həm bağırsaqları tənzimləyir, həm də təzyiqi salır.

    8.Sarımsaq

    Təzyiqi olanlar yeməklərinə duz əvəzinə sarımsaq qatsınlar. Gündəlik rasionunda 3 ədəd sarımsaq olan xəstələrdə təzyiq çox yüksəlmir

    9.Hibiskus güllərindən çay

    Hipertoniklər tünd çay və qəhvəni azaltmalı, əvəzinə hibiskus çayı içməlidir. Bu çay və bitki satışda var. Hər gün 2 stəkan için

    10.Kivi

    Az adam bilir ki, kivi təzyiqi slaır. Bunun üçün gündə 2-3 dəd kivi yemək bəs edir.

    11.Təmiz zeytun yağı

    Təzyiq xəstələri soyuq və isti yeməklərdə bu yağdan istifadə etməli və eləcə də təmiz keyfiyyətli zeytun yağından gündə 2 çay qaşığı sadəcə qəbul etməlidirlər.

    12.Pomidorlar

    Bu tərəvəzdə likopin vardır ki, o da damarları xolesterindən təmizləyir. Təzyiq xəstələri hər gün 1 stəkan təzə tomat şirəsi içməlidir.

    13.Mərci, lobya

    Bu paxlalılar orqanizmi təbii enerji ilə təmin edir, ürəyin işini aktivləşdirir, bu da təzyiqi qaydada saxlayır

    14. Günəbaxan tumu

    Maqniy mənbəyidir. Amma təzyiqi olanlar satışda duzlanmış paket tumları yox, sadə tumlar alıb özləri qovurmalıdır. Gündə 1 ovuc bəs edir ki, təzyiqə kömək etsin

    15.Turş alma

    Təzyiqi salır, xolesterini azaldır. Gündə 1-2 ədəd turşaşirin alma sortundan yeyin.
    PAYLAŞ:

    Oxşar xəbərlər