Daşkəsəndə Dövlət Gömrük Komitəsi sədrinin müavini vətəndaşların qəbulunu keçirib

Daşkəsəndə Dövlət Gömrük Komitəsi sədrinin müavini vətəndaşların qəbulunu keçirib
  • Sosial

  • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq iyunun 24-də Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev Daşkəsən rayon sakinlərini qəbul etmişdir.

    Asiya.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər.

    Qəbul zamanı sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

    Vətəndaş müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair Komitənin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilmişdir. Eyni zamanda səsləndirilən müxtəlif təkliflər, şikayət xarakterli müraciətlər nəzarətə götürülmüşdür.

    Qaldırılan məsələlərin bir qismi yerində həll edilmişdir. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınmışdır.

    Qəbula gələn vətəndaşlar müraciətlərə baxılması üçün yerlərdə yaradılan şəraitdən razılıq edərək göstərdiyi ali diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

    Elmar ƏLİYEV RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı


    Daşkəsəndə Dövlət Gömrük Komitəsi sədrinin müavini vətəndaşların qəbulunu keçirib
    Daşkəsəndə Dövlət Gömrük Komitəsi sədrinin müavini vətəndaşların qəbulunu keçirib
    Daşkəsəndə Dövlət Gömrük Komitəsi sədrinin müavini vətəndaşların qəbulunu keçirib
    Daşkəsəndə Dövlət Gömrük Komitəsi sədrinin müavini vətəndaşların qəbulunu keçirib
    PAYLAŞ:

    Oxşar xəbərlər