Jurnalistin avtomobilinin şüşələrini sındırdılar - FOTO

Jurnalistin avtomobilinin şüşələrini sındırdılar - FOTO
  • Olay

  • Jurnalist İlham Məmmədzadəyə məxsus 99 CM 808 nömrə nişanlı "Mersedes" markalı avtomobilin şüşələri gecə saatlarında sındırılıb.

    Asiya.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə jurnalist özü paylaşıb. Hadisə Sumaqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib. İ.Məmmədzadə artıq polisə məlumat verildiyini qeyd edib.

    Jurnalist bildirib ki, həyətdə 30-dan artıq maşın olduğu halda sadəcə onun maşınının şüşələrinin sındırılması təsadüfə bənzəmir. Hadisə ilə əlaqədar "Ata sığorta" şirkətinə dəfələrlə zəng etsə də cavab verən olmayıb.



    Jurnalistin avtomobilinin şüşələrini sındırdılar - FOTO
    Jurnalistin avtomobilinin şüşələrini sındırdılar - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər