Dondurma haqqında bilmədiyimiz - Faktlar

Dondurma haqqında bilmədiyimiz - Faktlar
  • Maraqlı

  • Yay mövsümünü dondurmasız təsəvvür etmək mümkün deyil. Bəs dondurmanın insan bədəninə nə kimi faydaları və ziyanı var.

    Asiya.az dondurma haqda kiçik araşdırmanı təqdim edir.

    Dondurmanın tərkibində kalsium, protein, B1, B2 A və B12 kimi maqnezium, fosfor vitaminləri var. Dondurma yeyən zaman bu qaydalara riayət etməyinizi tövsiyyə olunur.

    Tərkibi bol şəkərli olan dondurmanı diabet xəstəsi olmayan insanlar həftədə 2-3 dəfə yeyə bilər. Adətən dondurma yeyərkən sadə bəyaz topları seçmək daha düzgündür. Rəngli toplar ziyanlıdır.

    Hər bir şirniyyat qan təzyiqini yüksəltməsinə baxmayaraq, dondurmanın tərkibində süd olması onu qana daha az qarışmasına səbəb olur. Beləliklə qan təzyiqi gec qalxmağa başlayır.

    Hamilələr, uşaqlar və yaşlıların bədənində kalsium tələbi yüksəkdir. Odur ki, belə insanların gün ərzində 2 top dondurma yeməsi şərtdir.

    Boğaz əməliyyatı etmiş insanlar damarlarının tez büzüşməsi üçün dondurmadan istifadə edə bilərlər.

    İnsan beynində olan da sevindirci hormonların oyanmasına ən böyük dəstəyi dondurma olur. Stress və depressiya yaşayan insanlar dondurma ilə həmin hormonları oyada bilər.

    Ac qarnına dondurma yemək ziyandır. Çünki acikən 1-2 top dondurma ilə kifayətlənməyəcəksiz.

    Dondurmanı çox yedikdə kilo ala bilərsiz. Adətən dondurma günün birinci yarısına kimi yeyilməlidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər