Azərbaycanda yeni “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir

Azərbaycanda yeni “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir
  • Cəmiyyət / Manşet

  • Bir müddət əvvəl Azərbaycanda sonradan "Qaloş piri” adı verilən xürafata inananların ardınca, daha bir "pir” biabırçılığı ortaya çıxıb.

    Asiya.az xəbər verir ki, "oxu.az”ın əməkdaşlarının tapdığı bu "pir” Xaçmazın Vələmir kəndi yaxınlığında yerləşir.

    İnsanlar buradakı ağacdan alt paltarı asaraq, şəfa diləyirlər.

    Yerli əhali Şeyx Ömər Baba adlı şəxsin və Şeyx nəslindən olan daha iki nəfərin məzarının yerləşdiyi ərazini pir adlandırır.

    Bəziləri buranı "Dəli piri” kimi tanıyır. Bunun səbəbi pirə gətirilən əl-qolu bağlı bir gəncin əhvalatı ilə bağlıdır.


    Deyilənə görə, gəncin ciddi psixi problemləri olub və cəmi bir gecə buradakı məzarın yanında yatmaqla şəfa tapıb, sağalıb.

    Əhali inanır ki, bu pirin ən böyük özəlliyi psixi xəstələrə şəfa verməsidir. Xaçmaz-Xudat zonasında yaşayan dindarlar xəstələri sağaltmaq üçün tez-tez buraya gətirirlər.

    Nəinki regionlardan, Bakıdan, Rusiyadan, hətta Dağıstandan belə bu pirə gəlib şəfa diləyənlər var.

    Alt paltarlarını ağacdan asıb şəfa diləyirlər


    Pir meşəlik ərazidə yerləşir. "Əsas” ağacın altında Şeyx Ömər Babanın məzarı yerləşir. İnsanlar bu piri ziyarətə gələrkən özləri ilə əski, parça, alt paltarları, üst geyimləri, papaqlar, uşaq əmzikləri, yaylıq və papaqlar gətirir.

    Dilək diləyib, həmin əşyaları ağacın budaqlarına ilişdirib gedirlər.

    Təmiz paltarlar, təmiz arzular, tez tapılan "şəfalar”

    Ağac budaqlarının üzərində, altında, yaxınlığında çoxsaylı maykalar, yaylıq və əskilərə rast gəldik. Asılan alt paltarlarının təmiz olması isə başqa bir qəribəlik yaradır.

    İlk dəfə pirə ziyarətə gəldiyimiz üçün buranın təmizliyindən məsul olan şəxsdən bizə yardım etməsini istədik.


    Nəzarətçinin dediyinə görə, insanlar üç dəfə ağacın başına fırlanıb, məzar daşlarına hörmət əlaməti olaraq təzim edib, öpməli, daha sonra isə niyyət etdikləri əskini, alt paltarını ağaca asmalıdırlar.

    Adının İsgəndər olduğunu deyən nəzarətçi bildirir ki, insanlar daha çox həftənin çərşənbə və şənbə günləri piri ziyarətə gəlir:

    "Belə tək-tək qurban deyən, şəfa diləyən insanlar gəlirlər, niyyət edib gedirlər. Əsasən, həftənin çərşənbə və şənbə günləri pirə daha çox insan gəlir. Camaat gətirib paltar, əski, mayka asır.


    Demək olmur ki, gətirib asma, ürəyindən keçir, niyyət edir. Arasında təmiz olanlar da var, olmayanlar da. Təmiz olanların diləkləri, yəqin, tez həyata keçər, çünki ehtiyacı olan götürüb istifadə edir, savabdır.

    Elə olur ki, ziyarətgaha gələn insan bir başqasının niyyət etdiyi paltarı da götürüb gedib. Şeyx Ömər Baba və ailəsi İrandan gəlib və qardaşları ilə bərabər burada yaşayıb.

    Kənd camaatı deyir ki, qardaşlar istər yaşadıqları dövrdə, istərsə də vəfat etdikdən sonra bizim kimi sadə insanların arxa-dayağı olublar.

    Ən azından sadə adamlar onlardan mənəvi qida alıb. İnsanlar ziyarətgahları özlərinə görünməz arxa-dayaq bilir. Gəlmişkən siz də niyyət edin, ziyarətiniz qəbul olsun”.


    Azərbaycanda yeni “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir
    Azərbaycanda yeni “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir
    PAYLAŞ:

    Oxşar xəbərlər