Nuranın adından profil açıb, intim təkliflər etdilər - Müğənnidən açıqlama

Nuranın adından profil açıb, intim təkliflər etdilər - Müğənnidən açıqlama
  • Mədəniyyət

  • Müğənni Nura Surinin başına iş gəlib.

    Türkiyədə yaşayan bir şəxs onun fotolarından istifadə edərək, "Facebook"da özünə "Alara Genç" adlı profil yaradıb.


    Maraqlısı isə odur ki, həmin şəxs telefon nömrəsini də yazaraq, münasibət qurmaq üçün şəxslər axtardığını vurğulayıb. O, paylaşımlarında İstanbulda Taksim səmtində tək yaşadığını yazıb.

    "Burada yazışmıram. Taksimdə yaşayıram, 20 yaşım var. Diqqətinizi çəkdimsə, mənə zəng edin" deyə, qız hesabında vurğulayıb.


    Asiya.az xəbər verir ki, Məsələ ilə bağlı müğənni Nura Suri AZXEBER.COM-a danışıb.

    O belə halla ilk dəfə qarşılaşmadığını bildirib: "Belə bir halla əvvəllər "Odnaklasniki" sosial şəbəkəsində qarşılaşmışdım. Adımdan səhifə açıb, insanlardan pul istəyirdilər. Əslində isə mən indiyə kimi o sosial şəbəkədən heç vaxt istifadə etməmişəm. Facebookda isə öz adıma profilim var. Bunu kim edir, bilmirəm".

    Müğənni məsələ ilə bağlı vəkilini məlumatlandırdığını deyib:

    "Hələ ki, yaradıcı işlərlə məşqul olduğum üçün hüquq-mühafizə orqanlarına şikayət etməmişəm amma vəkilimə məlumat vermişəm. Hələ o insanın hansı ölkə vətəndaşı olduğunu bilmirəm, cinsi də məlum deyil. Şübhələndiyim insan yoxdur. Qoy mən insanlara maraqlı olum, problem deyil".

    Qeyd edək ki, müğənninin adına profil açılması ilə bağlı xəbər ilk olaraq axsam.az saytında yayımlanıb.


    Nuranın adından profil açıb, intim təkliflər etdilər - Müğənnidən açıqlama
    Nuranın adından profil açıb, intim təkliflər etdilər - Müğənnidən açıqlama
    Nuranın adından profil açıb, intim təkliflər etdilər - Müğənnidən açıqlama
    PAYLAŞ:

    Oxşar xəbərlər