Mehman Əliyev – 60 (FOTOLAR)

Mehman Əliyev – 60 (FOTOLAR)
  • Cəmiyyət

  • Bu gün, həkim-stomatoloq, şair, fəlsəfi deyimlər müəllifi Mehman Əliyevin 60 yaşı tamam olur.

    Mehman həkim atamın sinif yoldaşı, uşaqlıq dostudur. Həyat yoldaşı Aləmzər xanım isə anamla rəfiqəlik edir. O həm də mənim ilk hazırlıq müəllimim olub. İxtisasca iqtisadçı olsa da valideynlərimin xahişi ilə 3-4-cü sinifdə oxuduğum illərdə 2 il evlərində mənimlə təmənnasız məşğul olub.
    Mehman həkimin qızı Afaq xanım sinif yoldaşım, oğlu Kamran dostum, digər oğlu Tural isə qardaşımla sinif yoldaşı olub. Uzun illərdir ki, Mehman həkimin ailəsi ilə bizim ailə dostluq edir.

    Mehman Musa oğlu Əliyev 30 iyun 1959-cu ildə Masallı rayonu, Ərkivan qəsəbəsi, Həsənəküçə məhəlləsində anadan olub. Kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub. Həkim-stomatoloqdur.

    O, həmdə dünya ədəbiyyatı klassiklərinin oxucusu, maraqlı şeirlər müəllifidir. Lakonik fəlsəfi deyimləri, orjinal aforizimləri eləcə də şeirləri ilə mətbuatda və sosial şəbəkələrdə fəal çıxış edir. 2019-cu il də “Səhranın tənha ağacı” adlı kitabı işıq üzü görüb.
    M.Əliyev, qəbuluna gələn pasiyentlərin dünya görüşünə uyğun olaraq onlarla saatlarla siyasətdən, ədəbiyyatdan, idmandan söhbət etmək bacarığı var. Artıq 60 yaşı olmasına baxmayaraq hər zaman ixtisasına uyğun kitablar mütailə edir.

    Qayğıkeş ailə başçısı, yüksək əxlaqi keyfiyyətlərə malik olan insan – Mehman Əliyev, sizi doğum gününüz münasibəti ilə öz adımdan, ailəmiz adından təbrik edir, ömrünün uzun, canının sağlam olmasını arzu edirik.
    Cəfər Cəfərov



    Mehman Əliyev – 60 (FOTOLAR)
    Mehman Əliyev – 60 (FOTOLAR)
    Mehman Əliyev – 60 (FOTOLAR)
    Mehman Əliyev – 60 (FOTOLAR)
    Mehman Əliyev – 60 (FOTOLAR)
    Mehman Əliyev – 60 (FOTOLAR)
    Mehman Əliyev – 60 (FOTOLAR)
    PAYLAŞ:

    Oxşar xəbərlər