ABŞ və KXDR liderləri arasında görüş başlayıb – VİDEO

ABŞ və KXDR liderləri arasında görüş başlayıb – VİDEO Pxanmuncom danışıq məntəqəsində ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında görüş başlayıb.

Asiya.az CNN-ə istinadən xəbər verir ki, iki ölkə lideri hərbsizləşdirilmiş zonada bir-biri ilə əl sıxıb.

Ardınca Tramp və Kim Çen In hərbsizləşdirilmiş zonanın Şimali Koreya tərəfinə keçiblər və Tramp KXDR sərhədini keçən ilk Amerika prezidenti olub.

O, bunu özü üçün şərəf adlandırıb. Daha sonra onlar danışıqlar aparmaq üçün birlikdə Cənubi Koreya tərəfə keçiblər.

Donald Tramp hərbsizləşdirilmiş zonaya səfərinin bir neçə ay əvvəlcədən planlaşdırıldığını deyib:

“Bu səfər bir neçə ay əvvəldən planlaşdırılıb. Biz G20 sammitini tərk etdik və mən sizin prezident və dostum Mun Çje İnə hərbsizləşdirimiş zonaya gedəcəyimə söz verdim”.

Amerika prezidenti bildirib ki, o, iyunun 29-da KXDR liderinə zəng etmək və bir-birini salamlamaq istəyib-istəmədiyini soruşmaq qərarına gəlib.

“Odur ki, o, əvvəlcədən bu barədə məlumatlı olmayıb”, — deyə Tramp bildirib.



Oxşar xəbərlər