Şeyxin arvadı 39 milyonu götürüb Almaniyaya qaçdı

Şeyxin arvadı 39 milyonu götürüb Almaniyaya qaçdı
  • Dünya / Manşet

  • Dubay şeyxi Məhəmməd bin Rəşid Əl-Maktum xanımı Haya bint əl-Hüseyn Almaniyaya qaçıb.

    Asiya.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, şeyxin arvadı 31 milyon funt sterlinq (39 milyon dollar) götürərək ölkədən qaçıb. Almaniyadan sığınacaq istəyən və boşanmaq üçün ərizə yazan Haya 11 yaşlı qızını və 7 yaşlı oğlunu da özü ilə aparıb. Hayanın ötən ilin fevralından üzə çıxmadığı deyilir.

    "Sun” qəzetinin yazdığına görə, bu hadisə BƏƏ ilə Almaniyanın diplomatik münasibətlərinin korlanmasına da səbəb olub. Həm də ölkəsinin baş naziri olan Əl-Maktum Almaniya hökumətindən ailəsinin geri qaytarılmasını tələb edib. Ancaq onun bu tələbi rədd edilib və Haya ilə uşaqları üçün xüsusi mühafizə xidməti təşkil olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər