Müəllimlərin nəzərinə - Müsabiqənin nəticələri təsdiqləndi

Müəllimlərin nəzərinə - Müsabiqənin nəticələri təsdiqləndi
  • Sosial / Manşet

  • Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən 1305 müəllimin iş yerini dəyişdirməsi təsdiqlənib.

    Yerdəyişmə müsabiqəsinin nəticələrinə əsasən uğur qazanan 470 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzində (ünvan: Mir Cəlal küçəsi 71) zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdirməyi təsdiq etməyib.


    Nəticələr namizədlərin şəxsi səhifələrinə göndərilib. Namizədlər öz nəticələri ilə bu keçidə ( https://miq.edu.az/yerdeyishme/daxil_ol ) daxil olaraq tanış ola bilərlər.
    Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər