Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)

  • Manşet / İdman

  • Ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Fərhad Poladov dünyasını dəyişib.

    Asiya.az musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladov vəfat edib.

    O, əməliyyat olunduğu 3 saylı Şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

    Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb.

    Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb.

    "Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. Sənsiz inan ki, boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram. Mən sənsiz nə edəcəyəm? Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir. Düşmənimə də azrulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşəAllah yanına tez gələcəm. Nur içində yat, Sevgilim".

    Qeyd edək ki, F.Poladov dünən "Koroğlu” metrostansiyasının yaxınlığında özünün "Niva” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai” markalı avtomobillə toqquşub.

    Ağır xəsarət alan idmançı Sabunçu xəstəxanasına yerləşdirilmişdi.

    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    Qəzaya düşən dünya çempionumuz vəfat etdi- sevgilisi ürəkləri dağladı (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər