Yatmazdan əvvəl çəkinməli olduğunuz 10 hərəkət

Yatmazdan əvvəl çəkinməli olduğunuz 10 hərəkət
  • Maraqlı

  • Statistikaya görə, adamların təxminən 27 faizi daim yuxuya getməkdə çətinlik çəkir. Qalanları isə zaman-zaman belə problem yaşayır.

    Amma yuxusuzluğun səbəbi heç də həmişə insanın sağlamlığındakı problemlərlə bağlı olmur. Bizim xüsusi diqqət yetirmədiyimiz bir sıra vərdişlərimiz var ki, onlar əslində yuxu probleminə gətirib çıxarır.

    Mütəxəssislər tez və dərin yuxuya getmək üçün necə davranmağın lazım olduğunu müəyyənləşdirib.

    Siqaret çəkmək

    Kofe kimi, siqaret də orqanizmə stimullaşdırıcı təsir göstərir. Nikotin ürək döyüntülərini artırır, arterial qan təzyiqini yüksəldir, beynin fəaliyyətini stimullaşdırır. Bütün bu proseslər yuxuya getməyə xidmət etmir. Düzdür, siqaret çəkəndən sonra da yata bilərsiniz. Amma yuxunuz siqaret çəkmədən yatanlardan daha pis olacaq.

    Ümumiyyətlə, siqaret istifadəçiləri arasında yuxusuzluqdan əziyyət çəkənlər daha çoxdur. Əgər ümumiyyətlə, siqareti tərgitmək istəmirsinizsə, o halda, heç olmasa, yatmamışdan 1.5-2 saat əvvəl siqaret çəkməyin.

    İdman

    Ümumilikdə idman yuxu üçün faydalıdır. Stressi atmağa, tez yuxuya getməyə kömək edir. Amma o halda ki, siz yuxuya getməmişdən azı, 3-6 saat əvvəl idmanı başa çatdırmış olasınız. Əgər siz yenicə qaçışdan və ya idman zalından gəlib, dərhal yatağa girirsinizsə, oyaq orqanizm çətin ki, yuxuya getsin. Əgər idmandan sonra siz isti duş qəbul etmisinizsə, bu halda lap çətin olacaq. Çünki isti su sinir sistemini daha da oyadır.

    Su içmək

    Yatmamışdan öncə orta miqdarda maye orqanizmə ziyan gətirməz. Amma həddindən artıq su içsəniz, gecə yarısı oyanacaqsınız, gözlərinizin altı torbalanacaq, bədəndə şişkinliklər yaranacaq. Bu o demək deyil ki, ümumiyyətlə, mayedən imtina etmək lazımdır. Xeyr. Sadəcə, özünüzə uyğun qədərini müəyyənləşdirməlisiniz ki, sonra belə problemlər yaşamayasınız. Həkimlər deyir ki, axşam üçün 1 stəkan yarım kifayətdir.

    Mürgüləmək

    İdman kimi, mürgüləmək də xeyirlidir, amma onu uyğun vaxtda eləmək şərtilə. Axşam yaxşı yatmaq üçün gündüz saat 13.00-16.00 arası mürgüləmək məsləhətdir. Yox, əgər bunu axşam eləsəniz, orqanizmin öyrəşdiyi rejimi pozacaqsınız. Deməli, sizin üçün yuxuya getmək çətin olacaq.

    Amma bəzi hallarda, gündüz mürgüləməsi də gecə yuxusuna təsir göstərir. Yeri gəlmişkən, gündüz yuxusu 1 saat yarımdan çox olmamalıdır. Yuxusuzluqdan əziyyət çəkənlər isə ümumiyyətlə, gündüz yatmamalıdır.

    Yaradıcılıqla məşğul olmaq

    Belə hesab edirlər ki, yaradıcılıqla məşğul olmaq orqanizmi rahatlaşdırır. Amma bu heç də belə deyil. Əgər siz rəsm çəkirsinizsə, mətn yazırsınızsa, musiqi bəstələyirsinizsə, beyin aktiv işləyir. Ona görə də siz əgər gecə yarısına qədər bu işlərlə məşğul olursunuzsa, ehtimal var ki, səhərə qədər yata bilməyəcəksiniz.

    Yaradıcılıq fəaliyyəti ciddi çalışmaq tələb edir. Sakitləşmək üçün beyinə vaxt lazım olur. Ona görə də yatağa girməmişdən təxminən 1 saat əvvəl zehni fəallıq tələb edən işlərlə məşğul olmamaq lazımdır.

    Elektrik cihazlarından istifadə

    Məsləhətdir ki, gecələr noutbuk, telefon və planşeti söndürəsiniz. Çünki bu cihazların şüası yuxu üçün çox ziyanlıdır. Gecələr telefondan nəyisə oxumaq da tövsiyə olunmur. Nəsə oxumaq istəyirsinizsə, bu halda, adi kitab oxumaq məsləhətlidir.

    Ümumiyyətlə, işləmək o deməkdir ki, təxminən bir saat gec yuxuya gedəcəksiniz. Çünki o işlər haqqında düşünəcəksiniz. Onun əvəzinə sabah üçün plan qurub, yatmağa getmək lazımdır.

    Dərman qəbulu

    Ancaq bir növ yuxugətirən dərman içmək məsləhətlidir. Çünki elə antidepressantlar var ki, bir tərəfdən yuxu gətirir, digər tərəfdən sinir sisteminə təsir göstərir. Ümumiyyətlə, dərmanları yatmamışdan xeyli əvvəl qəbul etmək lazımdır. Ağrıkəsicilər də yuxuya getməyi çətinləşdirir.

    Əgər siz daim hansısa dərmanları qəbul etmək məcburiyyətindəsinizsə, həkimlə məsləhətləşib, bunun üçün uyğun vaxt müəyyənləşdirin. Qəbul etdiyiniz dərmanların yan effektləri ilə də mütləq maraqlanın, onlar yuxu pozğunluğuna səbəb ola bilər.

    Narahat olmaq, həyəcanlanmaq

    Əgər siz axşam vaxtı kriminal xarakterli verilişə baxsanız, yaxud internet üzərindən olsa belə, kiminləsə mübahisə etsəniz, yata bilməyəvəksiniz. Qorxulu, yaxud həddindən artıq kədərli əsər oxumaq da yuxuya təsir göstərir.

    Bu mənada, müsbət emosiyalar da həmişə faydalı deyil. Rəfiqənizlə, dostunuzla uzun söhbətdən, yaxud maraqlı futbol oyununa baxdıqdan sonra da təxminən bir saat beyin oyaq olur.

    Yuxu öncəsi sakitləşmək lazımdır. Ona görə də sizdə güclü emosiya yarada biləcək şeylərdən yatmaq öncəsi qaçın.

    İsti duş qəbulu

    Bir çoxları düşünür ki, isti vanna qəbulundan sonra yatmaq istəyəcək. Amma həkimlər sübut edib ki, temperatur aşağı olanda insan daha çox yatmaq istəyir. Ona görə də sinirlər oyaqdırsa, ya soyuq, ya da heç olmasa, ilıq duş qəbul edin, amma isti olmasın.

    İsti su təkcə yuxu problemi yaratmır, həm də dərinin tonusunu aşağı salır. On dəqiqədən çox davam edən isti duş dərinin üzərindəki təbii piy qatını aparır.

    Ev heyvanları ilə yatmaq

    Bir çoxları çoxları saxladıqları ev heyvanlarını çox rahatlıqla öz çarpayılarına buraxır. Amma belə olmamalıdır. Birincisi, heyvanların yuxusu insanlarınkı kimi deyil. Ev heyvanları daha oyaq yatır, tez-tez oyanır. Onlarda dərin yuxu da uzun olmur. İt-pişik bir gecədə yerini bir neçə dəfə dəyişir. Nəticədə yanındakı sahibini də oyadır.

    İkincisi, ev heyvanlarının tükləri insanların durumuna mənfi təsir göstərir, onlar allergiyası olmasa belə, özlərini narahat hiss edirlər.

    Bizimyol.info
    PAYLAŞ:

    Oxşar xəbərlər