Başına 4 milyon dollar qoyulan PKK lideri “The Washington Post”a məqalə yazdı – Türkiyədən etirazlar

Başına 4 milyon dollar qoyulan PKK lideri “The Washington Post”a məqalə yazdı – Türkiyədən etirazlar
  • Dünya / Manşet

  • Amerikanın nüfuzlu “The Washington Post” qəzeti dünənki sayında PKK-nın lideri Cemil Bayıkın məqaləsini dərc edib.

    Asiya.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu məsələ Türkiyədə etirazlara səbəb olub. Çünki Cemil Bayık ABŞ-ın və Türkiyənin ən çox axtardığı, ən təhlükəli terrorçular siyahısındadır. ABŞ Dövlət Departamenti onun tutulmasına imkan verən məlumat üçün 4 milyon dollar mükafat təyin edib. Türkiyə isə Bayıkın başına 5 milyon dollar pul qoyub.

    Türkiyədən Anadolu Yayıncılar Dərnəyi qəzetin terrorçunun məqaləsinə yer verməsinə sərt eturaz bildirib. Təşkilatın bəyanatında deyilir ki, Türkiyədən 320 KİV “Washington Post” qəzetinin redaksiyasına etiraz məktubu göndərəcək. Çünki Bayıkın məqaləsinin dərc edilməsi terror təbliğatıdır və beynəlxalq hüququn pozulmasıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər