Qaradağ rayonu Sanqaçal qəsəbə sakinləri ilə səyyar görüş keçirildi

Qaradağ rayonu Sanqaçal qəsəbə sakinləri ilə səyyar görüş keçirildi
  • Sosial

  • 05 iyul 2019-cu il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılovun Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.

    Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən Sanqaçal Elektrik stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri iştirak etmişlər.
    Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbə sakinləri iştirak etmişdir.

    Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmişlər. Qəsəbə sakinlərindən 13 nəfəri fərdi qaydada dinlənilmişdir.
    Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilmiş, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

    Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilmişdir.

    Səyyar qəbuldan sonra işsizliklə bağlı səyyar qəbulda müraciət etmiş vətəndaşların müraciətləri Sanqaçal Elektrik stansiyası, 5 saylı Dəmir Yolu İdarəsi, BP, BOS ŞELF və “Holcim Azərbaycan” ASC-nin məsul işçiləri tərəfindən araşdırılmış və onlara müvafiq işlər təklif etmişdir


    Qaradağ rayonu Sanqaçal qəsəbə sakinləri ilə səyyar görüş keçirildi
    Qaradağ rayonu Sanqaçal qəsəbə sakinləri ilə səyyar görüş keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər