Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralının 24 yaşı var.
Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi.
Masallıdakı dəhşətli qəzanın təfərrüatı məlum olub.
AZXEBER.COm xəbər verir ki, "Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan "KAMAZ” markalı yük maşınına çırpılıb.
Dəhşətli qəzada mikroavtobusdan yalnız 24 yaşlı qadın – 1995-ci il təvəllüdlü, Lerik rayonu Kəlvəz kənd sakini Tağıyeva Miranə Atalı qızı yaralı halda Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
"KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.
İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.