Əbülfəz Bünyadov azadlığa buraxıldı -FOTO

Əbülfəz Bünyadov azadlığa buraxıldı -FOTO Nardaran hadisələrinə görə həbs edilmiş Əbülfəz Bünyadov bu gün azadlığa buraxılıb.

Asiya.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Bünyadovla bağlı bu gün məhkəmə prosesi keçirilib. Qaradağ Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun qəbul etdiyi qərarla o, azadlığa buraxılıb.

Qeyd edə ki, bir müddət əvvəl siyasi məhbusun həyat yoldaşı Leyla Bünyadova açıqlamasında demişdi ki, Əbülfəzin səhhətində hər zaman problem var. "Yəni bağırsaqları normal işləmir. Amma bu arada onun vəziyyəti daha da pisləşib. Pentensiar Xidmətin Müalicə Mərkəzinin həkimi ona yaxşı baxır. Razıyıq. Həkim bizə dedi ki, onun analizini kənarda verin ki, dəqiq olsun. Biz analiz verdik. Bəlli oldu ki, bağırsaqlarında göbələk yaranıb. Bundan əlavə güclü infeksiya düşüb. Əbülfəz yemək yeyə bilmir. Bağırsaqları o dərəcədə fəaliyyətini itirib ki, Əbülfəzi görəndə tanımadıq".

L.Bünyadova deyir ki, Əbülfəz Bünyadov antisanitar şəraitdə saxlanır: "5 nəfər əlil məhbusu bir balaca, şəraitsiz otağın içində saxlayırlar. Qapısına "Əlillər otağı" yazılıb. Əlillər otağında saxlanan, bütün bədəni iflic olan Əbülfəzə ancaq məhbuslar qulluq edir. Əbülfəz ancaq ağzına yemək apara bilir çətinliklə, vəssalam, başqa heç bir hərəkət qabiliyyəti yoxdur. Əbülfəz hər zaman pampersdən istifadə edir. İndi dərmanlarını almışıq. Amma nə yemək, nə də dərman qəbul edə bilmir. Vəziyyəti çox ağırdır".

Qeyd edək ki, Ə.Bünyadov 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb. Daha sonra 2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.

Əbülfəz Bünyadov azadlığa buraxıldı -FOTO

Oxşar xəbərlər