Azərbaycanda yeni dini məktəblər açılacaq - VİDEO

Azərbaycanda yeni dini məktəblər açılacaq - VİDEO Ölkədə yeni dini kolleclər açılacaq


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış 10 dini təhsil müəssisəsi var. Bir neçə yeni dini kollecin açılması istiqamətində də hazırlıq işləri gedir.

Qafqaz Müsəlmanları İdarəsinin nəzdnində fəaliyyət göstərəcək bu müəssisələrdən birinin Nardaranda, digərlərinin isə bölgələrdə istifadəyə verilməsi nəzərdə tutulub.

Mübariz Qurbanlı bildirib ki, gələcəkdə İlahiyyat İnstitutunda digər dinlər üzrə kadrların hazırlığı da həyata keçiriləcək. Hazırda bu məsələ də gündəmdədir.

Hazırlıq işləri başa çatdıqdan sonra İlahiyyat İnstitutunda digər dinlər üzrə də kadrlar hazırlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Oxşar xəbərlər