Masallıda daha bir ağır qəza: ölən və yaralananlar var

Masallıda daha bir ağır qəza: ölən və yaralananlar var
  • Manşet / Olay

  • Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

    Asiya.az Trend-ə istinadən xəbər verir ki, hadisə Masallı-Boradigah-Lənkəran yolunun Qızılavar kəndi ərazisində qeydə alınıb.

    Masallı rayon sakini, Cavadov Nail Həsəndadaş oğlu idarə etdiyi "İSUZU" markalı 90 NK 834 dövlət nömrə nişanlı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb.

    Hadisə nəticəsində yük maşınının kabinəsində olan sərnişin, 1989-cu il təvəllüdlü Əhmədov Cavid Vilayət oğlu hadisə yerində ölüb, 1994-ci il təvəllüdlü Səmədov Elməddin Elbar oğlu və sürücü N.Cavadov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı cinayət işi başlanılıb.

    PAYLAŞ:

    Oxşar xəbərlər