Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirildi

Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirildi
  • Sosial

  • Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 1969-cu il iyulun 14-nün Azərbaycanın yeni tarixində müstəsna özəlliyi var. Həmin gün ulu öndər Heydər Əliyev respublikanın rəhbərliyinə yüksəlib. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Heydər Əliyevin Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın başlıca gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi bir çox keyfiyyətlər sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Ümummilli Lider şəxsiyyət kimi zamanın yaddaşında bir də ona görə əbədilik qazanıb ki, tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl, xalqın xilaskarı olub. Ulu Öndərin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan bu gün onun ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır.

    Çıxış edənlər Yasamal rayon prokuroru Rasim Hacıyev, Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekanı Sevil Kərimova, Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev vurğuladılar ki, ümummilli lider Heydər Əliyev hər birimizin həyatında dərin iz buraxıb. O, hər şeydən əvvəl uzaqgörən siyasətçi idi. Heydər Əliyev öz siyasəti ilə, ilk növbədə, xalqımızın, cəmiyyətimizin birliyini təmin edib və qoruyub.XX yüzilliyin 60-cı illərinin sonunda Heydər Əliyevin doğma xalqa həsr olunmuş ömür yolunda yeni, daha geniş, çoxşaxəli, qaynar fəaliyyət dövrü başlandı. 1969-cu ildə - Azərbaycan SSR-də həyatın bütün sahələrində dərin tənəzzülün hökmranlıq etdiyi bir şəraitdə Heydər Əliyev ölkənin ali idarəçilik sükanı arxasına keçdi. Bununla, Azərbaycanın tarixində böyük dönüş dövrü başlandı. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı.

    Çıxışlardan sonra Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 1205 nömrəli sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin yubiley medalı” ilə təltif olunan rayonun bir qrup ziyalısına yubiley medallarını təqdim etdi. Təltif olunanlar Akademik M.Qasımov adına Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, K. Fərəcova adına Pediatriya ETİ-nin direktoru, professor Nəsib Quliyev, Yasamal rayonu 20 nömrəli məktəb-liseyin direktoru, əməkdar müəllim Səadət Veysova və Yasamal rayonu 13 nömrəli tam orta məktəbin direktoru, əməkdar müəllim Yaqut Sadıqova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə göstərdikləri yüksək etimada görə dərin minnətdarlıqlarını bildirdilər.Qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev kimi müdrik liderin işlərini ləyaqətlə davam etdirmək böyük bacarıq tələb edir. Prezident İlham Əliyev dahi siyasətçinin və böyük dövlət xadiminin ən layiqli varisidir. Bütün dünyada olduqca intensiv, gərgin, ziddiyyətli və qarışıq proseslərin getdiyi, qlobal trendlərdə qeyri-müəyyənliyin hökm sürdüyü bir mərhələdə müstəqil dövlət quruculuğu kursunu yaradıcı şəkildə inkişaf etdirmək, tarixi xidmətdir. Azərbaycan xalqı öz prezidentinin ətrafında sıx birləşərək daha da böyük uğurlara imza atacaqdır.

    Qeyd edək ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalının təsis edilməsi ilə bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu medalla AXC liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

    Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirildi
    Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirildi
    Yasamalda ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə tədbir keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər