Azərbaycanda ağır qəza: Nişana gedən bacı-qardaş öldü

Azərbaycanda ağır qəza: Nişana gedən bacı-qardaş öldü
  • Olay

  • Sabirabadda ağır yol qəzası baş verib.

    Oxu.Az-ın verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Horadiz magistral yolunun rayonun Qalağayınkəndi ərazisindən keçən ərazisində qeydə alınıb.

    Belə ki, BMW markalı avtomobilin idarəetməsinin itməsi nəticəsində maşın yolun kənarındakı daş hasara çırpılıb.

    Qəza nəticəsində 1995-ci il təvəllüdlü Usubov Vüqar İsmət oğlu və onun bacısı, 1997-ci il təvəllüdlü Usubova Nuridə İsmət qızı hadisə yerində dünyasını dəyişib.

    Qəzada xəsarət alan, 2003-cü il təvəllüdlü Usbov Əmirağa İsmət oğlu və digər bir nəfər Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

    İlkin məlumata görə, avtomobildə olan bir ailənin üzvləri nişana gedirmişlər.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər