Azərbaycanın ən yaşlı və ən gənc naziri (SİYAHI)

Azərbaycanın ən yaşlı və ən gənc naziri (SİYAHI)
  • Maraqlı / Araşdırma

  • Azərbaycanda ən yaşlı nazir Səhiyyə nazirli Oqtay Şirəliyev hesab olunur. Təxminən bir aydan sonra - avqust ayının 12-də Səhiyyə nazirinin 69 yaşı tamam olacaq.

    Səhiyyə nazirli Oktay Şirəliyev həm də penciya yaşı tamam olan yeganə nazir hesab olunur. "Əmək pensiyaları haqqında" qanunun tələblərinə görə, iyul ayının 1-dən etibarən kişilərin pensiya yaşı 64 il 6 ay müəyyən olunub.

    İyun ayının 1-də 64 yaşı tamam olan Ədliyyə naziri Fikrət Məmmədovun isə pensiyaya çıxa bilməsi üçün hələ 6 ay vaxtı var.

    Nazirlər arasına ən gənci isə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. Nazir Sahil Babayev 39 yaş var.

    Nazirlərin yaşını təqdim edirik:


    - Səhiyyə nazirli Oqtay Şirəliyev - 69 yaş
    - Ədliyyə naziri Fikrət Məmmədov - 64 yaş
    - Mədəniyyət naziri Əbülfəs Qarayev - 63 yaş
    - Müdafiə sənayesi naziri general-polkovnik Mədəd Quliyev - 61 yaş
    - Müdafiə naziri general-polkovnik Zakir Həsənov - 60 yaş
    - Xarici işlər naziri Elmar Məmmədyarov - 59 yaş
    - Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov - 58 yaş
    - Maliyyə naziri Samir Şərifov - 58 yaş
    - Gənclər və idman naziri Azad Rəhimov - 55 yaş
    - İqtisadiyyat naziri Şahin Mustafayev - 54 yaş
    - Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev - 52 yaş
    - Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov - 51 yaş
    - Energetika naziri Pərviz Şahbazov - 50 yaş
    - Təhsil naziri Ceyhun Bayramov - 46 yaş
    - Vergilər naziri Mikayıl Cabbarov - 43 yaş
    - Kənd təsərrüfatı naziri İnam Kərimov - 42 yaş
    - Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə - 42 yaş
    - Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev - 39 yaş

    Mənbə: Yeniavaz.com
    PAYLAŞ:

    Oxşar xəbərlər