Binəqədidə konsert proqramı keçirilib - FOTO

Binəqədidə konsert proqramı keçirilib - FOTO
  • Sosial

  • 14 iyul Ümummili lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50-ci ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Binəqədi Rayonu Heydər Əliyev adına mədəniyyət və istirahət parkında konsert proqramı keçirilib.

    Asiya.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və binəqədi rayon sakinləri iştirak edib.

    Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bütün qonaqları salamlayıb. Ramiz Göyüşov 1969-cu ilin 14 iyulunun respublikanın tarixində dönüş günü, xalqımızın yaddaşında ən şərəfli gün kimi qaldığını bildirib. R.Göyüşov bu dövrdə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişiklikləri baş verdiyini, müəssisələrin yenidən qurulması, yenilərinin açılması, kənd təsərrüfatına dövlət qayğısının artırılması, infrastrukturların yenilənməsi kimi mühim işlərdə qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasından bəhs edib.

    Tədbir tanınmış incəsənət xadimlərinin və "İlahə xalq çalğı” ansamblının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.


    Binəqədidə konsert proqramı keçirilib - FOTO
    Binəqədidə konsert proqramı keçirilib - FOTO
    Binəqədidə konsert proqramı keçirilib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər