Bakıda dəhşət - Kişi öz boğazını kəsdi

Bakıda dəhşət - Kişi öz boğazını kəsdi
  • Hadisə

  • Bakıda kişi öz boğazını kəsib.

    Asiya.az xəbər verir ki, bu barədə məlumatı "oxu.az”a Suraxanı rayon hüquq-mühafizə orqanlarından veriblər.

    Bu versiyanı Suraxanı rayonunda qeydə alınmış ölüm faktı üzrə yaradılan operativ-istintaq qrupu irəli sürüb.

    İlkin məlumata görə, 33 yaşlı Ruslan Telman oğlu Fəhrətov iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar edib.

    Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin "Boğuluram!” - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.

    R.Fəhrətov iki azyaşlı uşaq atası olub, ikincisi bu yaxınlarda doğulub.

    O, "8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. R.Fəhrətovu belə radikal addım atmağa vadar edən səbəb hələ məlum deyil.

    Fakt üzrə rayon prokurorluğunda cinayət işi qaldırılıb, istintaq gedir.
    PAYLAŞ:

    Oxşar xəbərlər