Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı - Bazar qiymətlərini müəyyən edir...

Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı - Bazar qiymətlərini müəyyən edir... Sahibkarlara qarşı qanunsuz maneələr yaradan Rəfail Niftəliyev "Rovel Trading” şirkətinə 10 min manata yaxın zərər vurub

Gömrüyün Azərbaycan iqtisadiyyatının ən yaralı yerlərindən biri olduğunu hamımız bilirik. Xatırladaq ki, uzun illər bu qurumda sədrin birinci müavini olaraq çalışan Səfər Mehdiyev bu qurumun rəhbərliyinə təyinat alarkən təcrübəli bir şəxs kimi qurumdakı neqativ halların qarşısını alacağı ilə bağlı bəyanat vermişdi. Hətta qurum rəhbəri bir müddət sonra Gömrükdə monopoliyanın aradan qaldırıldığını və rüşvətin qurumdan yığışdırıldığını bəyan etmişdi. Bu gurultulu bəyanat cəmiyyətdə heç də bir mənalı olaraq qarşılanmamış və bir çoxları bu bəyanatı "dekorativ” xarakterli olduğunu bildirmişdi. Həmin şəxslərin yanılmadıqları da qısa müddət sonra ortaya çıxdı. "Gömrükdə monopoliya və rüşvət olduğu sübut olunsa, mən istefa verəcəm”, kimi gurultulu bir bəyanat verən Gömrük Komitəsinin sədrinin qarşısına ciddi monopoliya faktları qoyulsa da, Komitə sədri iddialara və iradlara susmaqla cavab verdi.

Gömrükdə qanunsuzluqla üzləşən növbəti iş adamı PİA.az-a müraciət edərək Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyevin qanunsuz tələblərindən şikayətçi olub.

Gömrük Komitəsi bazarda qiymətin aşağı düşməsinə qarşıdır...

"Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənov bildirib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev qanunsuz olaraq 10 gündür ki, Türkiyədən gətirdikləri və Azərbaycanda rəsmi təmsilçiləri olduqları türk brendini qanunsuz olaraq gömrükdə saxlayıb. Səbəb isə Gömrük bəyannaməsində elektrik akkumulyatorlarının qiymətinin aşağı göstərilməsini bildirirlər. Halbuki "Rovel Trading” şirkəti Komitəyə orijinal invoysu, yəni e-qaiməni təqdim edib. Gömrük Komitəsinin məsul şəxsləri məsələ ilə bağlı Türkiyəyə də sorğu yolayıblar və sorğuya gələn cavabda Komitəyə təqdim olunan e-qaimə təsdiqlənib. Buna baxmayaraq Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev Türkiyədən gələn "TIR”-ın gömrükdən buraxılmaması ilə bağlı göstəriş verib. Qeyd edək ki, Rəfail Niftəliyev Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin baldızı oğludur və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsində xüsusi səlahiyətlərə və hömranlığa sahib olan birisidir.


Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı - Bazar qiymətlərini müəyyən edir...

Oxşar xəbərlər