"Səbail" mərhələ adlaya biləcək?

"Səbail" mərhələ adlaya biləcək?
  • İdman

  • Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

    Asiya.az xəbər verir ki, "Səbail" Rumıniyada "Universitatya"nın qonağı olacaq.

    Krayova şəhərindəki "İon Oblemenko" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20.00-da başlanacaq. Bu komandalar arasındakı ilk oyunda "Krayova" qalib gəlib - 3:2. Avrokuboklarda debüt edən "Səbail" mərhələ adlamaq üçün səfərdə qapısını toxunulmaz saxlamaq şərtilə minimum 2 top vurmalı və ya 2 top fərqi ilə qalib gəlməlidi.

    Avropa Liqası
    I təsnifat mərhələsi
    Cavab oyunları

    18 iyul
    20.00 Universitatya Krayova (Rumıniya) - Səbail (Azərbaycan)
    Hakimlər: Helqi Mikael Yonasson, Yohan Qunnar Qudmundsson, Brinqeyr Valdimarsson, İvar Orri Kristyansson (İslandiya).
    Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə).
    UEFA nümayəndəsi: Roy Katçart (Şimali İrlandiya).
    Krayova. "İon Oblemenko" stadionu.
    PAYLAŞ:

    Oxşar xəbərlər