Maşın nömrəsinə 518 min funt sterlinq verib

Maşın nömrəsinə 518 min funt sterlinq verib
  • Maraqlı

  • Britaniyalı kolleksiyaçı ölkəsinin tarixində ən bahalı avtomobil nömrəsinin sahibi olub.

    Asiya.az “The Sun” qəzetinə istinadən xəbər verir ki, retro-avtomobillərin dileri Con Kollinz “250” nömrəsinə 518 min funt sterlinq (bizim pulla 1.1 milyon manatdan yuxarı) ödəyib. O, həmin nömrəni “Ferrari 250GT SWB” avtomobilinə bərkidib. Həmin avtomobil əvvəllər rok-musiqiçi Erik Kleptona məxsus olub. Avtomobilin dəyəri isə 10 milyon funt sterlinq, yaxud 22 milyon AZN-ə yaxındır.

    “250” nömrəsi 2014-cü ildə hərracda 400 min funt sterlinqə satılmışdı və hələ o zaman Böyük Britaniyada ən bahalı avtomobil nömrəsi olmuşdu.
    PAYLAŞ:

    Oxşar xəbərlər