“Pərviz Bülbülə toyumuza yaxşı pul saldı” - Təranə Qumral

“Pərviz Bülbülə toyumuza yaxşı pul saldı” - Təranə Qumral
  • Mədəniyyət

  • Müğənni Təranə Qumral meyxanaçı Pərviz Bülbülənin onun nəvəsi Mircavadın toyunda qonorarla çıxış etməsi barədə yayılan xəbər barədə danışıb.

    Asiya.az xəbər verir ki, ifaçı ölkə.az-a açıqlamasında bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:

    "Mən inanmıram ki, Pərviz hansısa sənət yoldaşının məclisində pulla iştirak etsin. Pərviz gözəl ürəyə malik insandır və çox yaxşı dostdur. O, bizim məclisimizə gəlib, çox gözəl iştirak edib və yaxşı da pul yazdırıb".

    Əməkdaşımızın "Sirr deyilsə, Pərviz məclisinizə nə qədər pul salıb?" sualına Təranə Qumral belə cavab verib:

    "Məbləği deməyəcəyəm, amma çox yaxşı pul salıb. Allah onun da balalarına, əzizlərinə toy qismət etsin. Biz də gedək, layiqincə orada iştirak edək".
    Qeyd edək ki, ifaçının qızı Fidanın oğlu Mircavadın kiçik toy məclisi 3 gün bundan öncə baş tutub.
    PAYLAŞ:

    Oxşar xəbərlər