Ankarada xarici diplomata silahlı hücum: vəziyyəti ağırdır

Ankarada xarici diplomata silahlı hücum: vəziyyəti ağırdır
  • Dünya / Manşet

  • Türkiyənin paytaxtı Ankarada Belarus diplomatına silahlı hücum olub.

    Asiya.az xəbər verir ki, Belarus səfirinin müşaviri Aleksandr Poqanşevə istefada olan hərbçi, ev qonşusu hücum edib. Nəticədə diplomat ağır bədən xəsarəti alıb. Aleksandr Poqanşev xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Onun vəziyyəti ağırdır.

    Hücum edən şəxs özünə qəsd edib. Hadisəyə məişət zəminində baş mübahisənin səbəb olduğu deyilir.

    Belarus Xarci İşlər Nazirliyi isə diplomata psixi problemləri olan Türkiyə vətəndaşının atəş açdığını bəyan edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər