Bakı şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı məhkəmə qarşısında – Adam öldürməkdə ittiham olunur

Bakı şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı məhkəmə qarşısında – Adam öldürməkdə ittiham olunur
  • Hadisə

  • Bakı şəhər Baş Polis İdarəsinin xanım əməkdaşı sevgilisini öldürməkdə təqsirləndirilir. Günel Qasımova hakim qarşısına şıxarılıb.

    Asiya.az xəbər verir ki, qadın polis əməkdaşı qeyri-rəsmi münasibətdə olduğu Ramiz Hüseynovu gecə saatlarında Xırdalanda qətlə yetirməkdə ittiham olunur. Hadisə yerində çoxlu qan itirdiyindən Ramiz oradaca keçinmişdi.

    Günel Qasımova günahı olmadığını deyir. Məhkəmədə ifadə verən anası Gülnaz Qasımova da qızının günahsız olduğuna əminlik ifadə edib. Günelin həyat yoldaşı Rəhim Qasımov həmin gün arvadının evdən iş yoldaşı Rənanın ad gününə getmək adıyla çıxdığını bildirib. Adı çəkilən Rəna Nəcəfova isə Güneli görmədiyini deyir. Ümumiyyətlə, Nəcəfova bu məsələdən istintaqda xəbər tutduğunu söyləyir.

    Hüquq-mühafizə orqanlarında Günel Qasımovanın cinayəti törədəndən sonra hadisə yerindən qaçdığını düşünürlər. Həmin gün polis əməkdaşını taksi sürücüsü Abdurəhman Abdurəhmanov Yasamaldan Xırdalana aparıb.

    Məhkəmədə hadisə yerinə ilk gələnlərdən olan polis əməkdaşı Xaliq Həbibov da ifadə verib. Orada Ramizin nəbzini yoxlayıb, öldüyünə əmin olub. Hadisə nəzarət kameralarına düşməyib. Günelin hər şeyi dəqiq planlaşdırdığı düşünülür.

    Qətlə yetirilənin dostu Taleh Mahmudov həmin gün Ramizlə görüşməliymiş. Sonradan ümumi dostları zəng vurub onun öldürüldüyünü xəbər verib. Taleh Ramizin polis qadınla qeyri-rəsmi münasibət saxladığından məlumatlı olub.

    Günel Qasımova Cinayət Məcəlləsinin 120.2.11-ci maddəsi (quldurluq, hədə-qorxu ilə tələbetmə terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) ilə ittiham olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər