“İntuş” azadlığa çıxmaq istəyir

“İntuş” azadlığa çıxmaq istəyir
  • Hadisə

  • Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmədə təqsirləndirilən "İntuş” ləqəbli stilist İntizam Yusifovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.

    Ali Məhkəmədə keçiriləcək iclas sentyabrın 25-nə təyin edilib. Şikayət hakim Tahir Kazımovun icraatına verilib. İ.Yusifov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. İttihama görə, İ.Yusifov yetkinlik yaşına çatmayan qızları fahişəliyə cəlb etdiyi üçün həbs edilib.

    Cinayət işində 13 nəfər azyaşlı qız zərərçəkmiş qismində tanınır.

    Nərimanov Rayon Məhkəməsinin hökmü ilə İ.Yusifov 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkun apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi onun şikayəti təmin etməyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər