Sabah 41 dərəcə isti olacaq - Meteohəssas insanlara xəbərdarlıq

Sabah 41 dərəcə isti olacaq - Meteohəssas insanlara xəbərdarlıq
  • Sosial / Manşet

  • Azərbaycanda iyul ayının son gününə gözlənilən hava şəraiti açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava günəşli olacaq.

    Cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

    Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

    Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, cənub küləyi axşam mülayim şimal-qərb küləyi əvəz olunacaq.

    Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 20-25, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 14-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

    Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 31-də Abşeron yarımadasında gilavar küləyinin üstünlüyü bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
    PAYLAŞ:

    Oxşar xəbərlər