“Turist Hotel Baku”da bayrağımıza hörmətsizlik – FOTOFAKT

“Turist Hotel Baku”da bayrağımıza hörmətsizlik – FOTOFAKT
  • Sosial / Manşet

  • Teref.az yazır ki, Nərimanov rayonu Rəhim Şıxəliyev küçəsində yerləşən “Turist Hotel Baku” otelində Azərbaycan bayrağı tərs asılıb.

    Bunu görüb muhafizəçiyə bildirən sosial şəbəkə istifadəçisinin dediyinə görə mühafizəçi bayrağın asılışında düzəliş etməyib və bundan narahat da olmayıb. Statusu təqdim edirik:

    “Turist Hotel Baku”da bayrağımıza hörmətsizlik – FOTOFAKT
    “Dergah Aliquliyev
    29.07.2019 cu il tarixdə Nərimanov rayonu Rəhim Şıxəliyev küçəsində bir otelə rast gəldim, otelin qarşısında Azərbaycan və Türkiyə bayraqları asmışdı. Mənə təsir edən Azərbaycan bayrağını tərsinə asmaları idi. Yaxınlaşdım otelin qarşısında olan mühafizəçiyə və bayrağımızın asılma qaydasını izah etdim. Mühafizəçi dedi ki, bayraq belə asılmalıdır, dəfələrlə bayrağın asılma qaydasını izah etsəm də, mühafizəçi öz dediyindən dönmədi. Mənə təsir edən o idi ki bayrağımızın rənglərini bilməyən mühafizəçi azərbaycanlı idi. Mən də otelin qarşısından asılan bayrağın şəklini çəkib ictimaiyyətə göstərmək qərarına gəldim.”
    PAYLAŞ:

    Oxşar xəbərlər