“Mən o maşında olmamışam” - Emil Abbasov

“Mən o maşında olmamışam” - Emil Abbasov
  • Sosial

  • Xəbər verdiyimiz kimi, Bakıda piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.

    Asiya.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə "20 Yanvar” dairəsi yaxınlığında olub. Belə ki, "Silverado” markalı avtomobil körpünün üstündə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

    Baku.ws-in məlumatına görə, həmin maşında "Parni iz Baku” KVN komandasının üzvü, "Planet Parni iz Baku” KVN Teatrının aktyoru Emil Abbasov da olub.

    Emil Abbasov isə bildirib ki, o, qəza zamanı avtomobildə olmayıb: "Mən maşında olmamışam. Bu məlumat yalandır. Qəzadan sonra hadisə yerinə gəlmişəm”.
    PAYLAŞ:

    Oxşar xəbərlər