Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR

Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR
  • Araşdırma / İqtisadiyyat / Manşet

  • “Oliqarx deputat Xanlar Fətiyevin ölkə xaricindəki biznes şəbəkəsinin bir qolu da Moskvadadır”.

    Asiya.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli daha bir araşdırmasını yayımlayıb.

    O bildirib ki, Rusiya paytaxtında fəaliyyət göstərən "Kompas Ticarət Evi" Məhdud Məsuliyyətli Cəmiyyəti (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ "ТОРГОВЫЙ ДОМ КОМПАС") 2017-ci il iyunun 13-də 15979805 saylı lisenziya ilə qeydiyyatdan keçib. Qeydiyyat ünvanı Moskva şəhəri, Komsomolskiy prospekt 41/57 göstərilir.

    Nizamnamə kapitalı 10000 rubl olan şirkətin 70 faizi Rusiya vətəndaşı Vadim Qulamov Adil oğluna, 30 faizi isə Fətiyevin Belarusda avtomobillərin icarəsi ilə məşğul olan AZNUR MMC-sinə məxsusdur”.

    Qeyd edilir ki, 2017-ci il maliyyə sənədlərinə görə, şirkət yarım ili 7.8 milyon rubl gəlirlə başa vurub. “Şirkət ticarət, o cümlədən avtomobil hissələrinin, mebellərin, geyim, məişət avadanlıqlarının və tikinti materiallarının topdan satışı sahəsində fəaliyyət göstərir”.

    Onun bildirdiyinə görə, Moskvada sahəsi 7208 kv metrlik "Kompas" Ticarət Evi Fətiyevin hissədarı olduğu şirkətin mülkiyyətindədir. Lakin Həsənli bunun dəqiqləşdirilməmiş məlumat ola biləcəyini də diqqətə çatdırıb. “Ticarət mərkəzi hazırda Rusiyanın iri daşınmaz əmlak şirkətləri vasitəsilə satışa çıxarılıb”.

    Xatırladaq ki, bir neçə gün əvvəl deputat Xanlar Fətiyevin Belarusiya, Avropa ölkələri və digər məmləkətlərdə fəaliyyət göstərən çoxlu sayda şirkətlər barədə də geniş məlumat yayılmışdı. Millət vəkilinin “Aznur” MMC-si böyük kapitala malikdir və onun bir çox ölkələrdə nümayəndəlikləri var.


    Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR
    Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR
    Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR
    Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR
    Deputatın “Kompas”ı Moskvanı göstərir– FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər