Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb

Bakıda qadın tanışı tərəfindən bıçaqlanıb Bakının Nizami rayonu ərazisində qadına bıçaqla xəsarət yetirilib.

1986-cı il təvəllüdlü Ağayeva Əfsanə Bahadur qızı metronun “Koroğlu” stansiyasının yaxınlığında bıçaqlanıb.

Hazırda xəstəxanada olan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə şahidlərinin sözlərinə görə, Ə.Ağayeva yaxın tanışı olan bir kişi ilə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Hazırda fakt polis tərəfindən araşdırılır.

Oxşar xəbərlər