Sizdə tromb olduğunu göstərən 6 əlamət – Ölümün bir addımlığında

Sizdə tromb olduğunu göstərən 6 əlamət – Ölümün bir addımlığında
  • Maraqlı

  • Dünyada infarkt, insult, ürək tutmaları və emboliyaların əsas səbəbi damarın tromvla tıxanmasıdır. Tromb qan laxtasının daha bərk formasıdır.

    Əgər siz vaxtından əvvəl bədəninizdə tromb təhlükəsi olduğunuzu bilsəniz, özünüzün və doğmalarınızın həyatını qurtara bilərsiz.

    Asiya.az medicina.az-a istinadən bütünlükdə sizdə tromb olduğunu göstərən 6 əsas simptomu təqdim edir.

    1.Aşağı ətraflardan birinin şişməsi, ödemi

    Bu vəziyyət dərin venalarda tromboz olanda baş verir. Nəticədə bədənin müəyyən hissəsinə qan axını pozulur, qan dövranı pozulur və həyati vacib daxili orqanlar oksigenlə təmin olunmur.

    2.Ayaqlarda ağrılar

    Trombozun ümumi əlamətlərindən biri də ayaqlarda uyuşma, sanki qarışqa gəzməsi, iynəbatırma hissi, ağırlıq, müntəzəm ağrılardır.
    Ona görə ayaqlarda istənilən şiş, ağrı, göyərmə və s. diqqətli olun.

    3. Dəridə qəribə qırmızı xətlər, sahələr

    Göyərmə trombun əlamətidir. Bunu çoxu bilir. Amma qırmızı xətlər, sahələr və venalara paralel belə qızartılar, adi dəri qızarması deyil. Bu, göyərmədən də təhlükəlidir. Belə halda dərhal həkimə müraciət edin.

    4.Döş qəfəsində dərin nəfəs almada ağrı

    Əgər dərin nəfəs alıb verərkən sinədə ağırlıq, ağrı hissi varsa, bu o deməkdir ki, qatı qan kütlələri artıq ağciyərləri təmin edən iri damarlara doğru gedir. Bu əlamət ölümcül təhlükədən xəbər verir. Yəni istənilən vaxt tromb nəfəsi tıxaya bilər. Təcili həkimə getməlisiz

    5. Təngnəfəslik

    Söhbət ağır yük qaldıranda, 10 mərtəbəni çıxarkən təngnəfəslikdən getmir. Tromb zamanı səbəbsiz təngnəfəslik olur. Bu o deməkdir ki, qan laxtası ağciyərlər ətrafındadır. Bu zaman xəstədə başgicəllənmə də olur.

    6.Səıbəbsiz və keçməyən öskürək

    Qrip, bronxit olmadan öskürmək, hərarətsiz öskürək, heç bir dərmanın təsir etmədiyi halda əgər ağiyərlərin rentgeni də təmiz çıxıbsa, deməli ürək-damar sistemində tromb var və bu ürək ritmini dəyişərək tənəffüsə təsir edir.

    Quru öskürək zamanı döş qəfəsi də ağrıyırsa, təngnəfəslik, nəfəs tıxanması varsa, trombdan şübhələnmək lazımdır.

    Əgər bu 6 əlamətdən azı 3-ü sizdə varsa, tromba qarşı hərəkətə keçib, müayinə və müalicə olunmağın vaxtıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər