Şəbnəm yol qəzasında ağır yaralanıb? - Açıqlama

Şəbnəm yol qəzasında ağır yaralanıb? - Açıqlama
  • Mədəniyyət

  • Müğənni Şəbnəm Tovuzlunun qəzaya düşməsi barədə xəbərlər yayılıb.

    Asiya.az musavat.com-a istinadən bildirir ki, bu gün Bakı-Qazax yolunda yol baş verən qəzanın səbəbkarının ifaçının olduğu bildirilib. Hətta qəza zamanı Şəbnəm Tovuzlunun da xəsarət aldığı iddia edilib.

    Yayılan məlumatlarla bağlı musavat.com saytına açıqlama verən müğənni xəbəri yalanlayıb:

    "Yalan xəbərdir. Mən qəza törətməmişəm. Qəzada da ağır yaralanmamışam. Qohum-qonşu bayaqdan mənə zəng edir, narahatdırlar. Xahiş edirəm ki, haqqımda bu cür yalan xəbərlər yazılmasın. Yaxınlarım narahat olur. Qarşıda konsertlərim var, onlara ciddi hazırlaşıram. Beynimin bu cür xəbərlərlə yorulmasını istəmirəm.Yeni fotosessiya etmişik, "Dərmanımdır" adlı mahnım da hazırdır. Yaxın günlərdə təqdim olunacaq.

    Bu arada qəza keçirən kimdirsə, keçmiş olsun. Allah hər kəsi qəzadan bəladan qorusun"
    PAYLAŞ:

    Oxşar xəbərlər