Daşkəsən RİH-in başçısı Prezident Administrasiyasının məsul işçisi ilə birgə Təzəkənd kəndində sakinlərin səyyar qəbulunu keçirib

Daşkəsən RİH-in başçısı Prezident Administrasiyasının məsul işçisi ilə birgə Təzəkənd kəndində sakinlərin səyyar qəbulunu keçirib
  • Sosial

  • Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kənd sakinlərini salamladıqdan sonra giriş nitqi ilə çıxış edib.

    O deyib:
    -Bu gün – avqustun 15-də Təzəkənd kəndində sizinlə keçirilən səyyar qəbulda Prezident Administrasiyasının məsul işçisi hörmətli Arif Novruzovun, Rayon İcra Hakimiyyətinin məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə avqust ayı üçün nəzərdə tutulmuş yerlərdə səyyar qəbulların qrafikinə uyğun olaraq görüşə gəlmişik.

    Ölkə rəhbərinin tapşırığına əsasən keçirilən hər bir səyyar görüşdə olduğu kimi, bugünkü görüşümüzün də əsas məqsədi siz kənd sakinlərini narahat edən məsələləri müəyyən etmək və onların həlli istiqamətində əməli işlər görməkdir.

    Yerində həlli mümkün olan məsələlər operativ şəkildə həll ediləcək, ehtiyac gəldiyi halda isə aidiyyəti üzrə baş idarə və nazirliklər qarşısında qaldırılacaqdır.

    Bu gün ölkəmizin hər bir bölgəsi günü-gündən inkişaf edir, abadlaşır, yeniləşərək müasir görkəm alır.

    Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla aparılan siyasətin təməlində xalqa xidmət dayanır. Biz də öz işlərimizi həmin təməl prinsiplər üzərində quraraq uğurla həyata keçiririk. Bugünkü görüşümüz də bunun bariz nümunəsidir.

    "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış Tədbirlər Planında Daşkəsən rayonu üçün də icrası nəzərdə tutulmuş məsələlər vardır. Belə ki, Gəncə-Daşkəsən avtomobil yolunun 27-ci kilometrliyindən başlayan Quşçu-Çovdar-Çaykənd avtomobil yolunun asfalt örtüyünün və körpülərin yenidən qurulması işləri davam etdirilir.

    Daşkəsən, Quşçu və Quşçu körpüsü qəsəbələrinin, Bayan kəndinin qazlaşdırılmasının, Qaraqullar, Xoşbulaq, Qabaqtəpə, Bayan kənd, Daşkəsən şəhər N. Nərimanov adına 3 nömrəli və S. Vurğun adına 4 nömrəli tam orta məktəblərin əsaslı təmirinin, Zinzahal və Çanaqçı kəndlərində modul tipli tam orta məktəblərin tikintisinin artıq hər birimiz şahidiyik və bu tikintilər davam etdirilir.

    Daşkəsən rayonunda 220 nəfər işsiz rayon sakinin işlə təmin olunmasına, sosial yardımların verilməsinə, rayonda aparılan abadlıq-quruculuq işlərinə görə ölkə başçımız cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk.

    Bu gün kəndlərdə sosial sahələrin inkişafı, əhalini narahat edən problemlərin yerində həlli məqsədi ilə keçirilən səyyar qəbullar Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin şəxsən diqqət mərkəzindədir və qaldırılan məsələləri nəzarət qaydasında biz həll edirik. Çünki dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

    Sizlərin hər birini ölkə rəhbərimizin ətrafında həmişə olduğu kimi sıx birləşməyə, ölkəmizdəki əmin-amanlığı, sabitliyi qorumağa, müasir müstəqil Azərbaycanımızın daha da qüdrətlənməsi naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıram.

    Hər birinizin adından da ölkə rəhbərimizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

    Sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Arif Novruzov çıxış edərək Prezident cənab İlham Əliyev tərəfindən qəbul edilən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarların, o cümlədən minimum əməkhaqlarının və pensiyaların, tələbələrin təqaüdlərinin, müharibə veteranlarına, şəhid ailələrinə verilən

    müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, bəzi çoxmənzilli binalarda mənzillərin sənədləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin xalqımız tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılandığını vurğulayıb.

    Arif Novruzov qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda həyata keçirilən abadlıq-quruculuq işləri barədə də geniş məlumat verib. Həmçinin bildirib ki, kəndlərin sosial-iqtisadi inkişafı sahəsində davamlı tədbirlər həyata keçirilir. Belə ki, hətta ən ucqar dağ kəndlərinə müasir yollarının çəkilməsi, yeni məktəb binalarının tikintisi, mərhələ-mərhələ qazlaşma işlərinin aparılması, elektrik, su təchizatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilir. Bütün bunlar əhaliyə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

    Sonra vətəndaşlar dinlənilib. Görüş zamanı kənd sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb. Müraciətlər kənd yolunun asfaltlaşdırılması, qaz xəttinin çəkilməsi, mobil rabitənin keyfiyyətinin yaxşılaşdırılması və digər şəxsi məsələlərlə bağlı olub.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev müraciətlərdə qaldırılan məsələlərin icrası ilə bağlı aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib. Əksər müraciətlər yerində həll edilib.

    Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək möhtərəm Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
    PAYLAŞ:

    Oxşar xəbərlər