Alimlər əks təsiri olmayan xərçəngin qarşısını ala biləcək üsul kəşf edib

Alimlər əks təsiri olmayan xərçəngin qarşısını ala biləcək üsul kəşf edib
  • Maraqlı

  • Amerika mütəxəssisləri hüceyrənin maddələr mübadiləsini artıran molekul aşkar edib.

    Xərçəng müalicəsi zamanı, yorğunluq, bağırsaq problemləri, saçların tökülməsi kimi əks təsirlər qaçlılmaz olur. Oreqon ştatının Mərkəzi Florida universitetinin bir qrup alimi, toxumalara ziyan vurmadan xərçəng şişlərini müalicə edən üsul əldə etməyi qərara almışdır. Alimlər fikrini əsasən, sinir sistemində, aqressiv xoşxassəli şişlərin əmələ gəlməsini inkişaf etdirən 2 tipli neyrofibromatoza yönəldərək, tirozin amin turşusunu nitratlaşdıran peroksinitrit oksidləşdirici maddənin istehsal edildiyini aşkar etmişdir. Bu vaxt, maddələr mübadiləsinin çoxalması üçün şərait yaranmış olur. Peroksinitrit istehsalını azaltmaqla, minimal əks təsirlə, xəstəliyin inkişafını yavaşlatmaq mümkündür. Alimlərin fikrinə görə, kəşf ən azı bir neçə xərçəng növü üçün aktual hesab edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər