Hər kəsin gözlədiyi "Sonuncu Pərdə"nin rəsmi tizeri trend oldu - VİDEO

Hər kəsin gözlədiyi "Sonuncu Pərdə"nin rəsmi tizeri trend oldu - VİDEO
  • Mədəniyyət / Asiya TV

  • "Sonuncu Pərdə" filminin rəsmi tizeri yayımlanıb.

    Asiya.az xəbər verir ki, bundan öncə "Pərdə" və "İkinci Pərdə" filmləri ilə milyonlarla tamaşaçı toplayan komanda yaxın vaxtlarda "Sonuncu Pərdə" filmini təqdim edəcək.

    "Sonuncu Pərdə"nin sinopsisində qeyd olunur: "Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin” dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?"

    Filmi 18 oktyabr tarixindən etibarən kinoteatrlarda izləyə biləcəksiniz.

    Qeyd edək ki, filmin Prodüseri və rejissoru Emil Quliyev, Ssenari müəllifləri: Emil Quliyev və Qorqud Cəfər, Quruluşçu operatoru Orxan Abbasov, Co-Prodüserləri isə Emin İbrahimov və Taleh Yüzbəyovdur.

    Filmin tizeri qısa müddət ərzində "Youtube"nin trendləri arasında yer alıb:


    PAYLAŞ:

    Oxşar xəbərlər