"Futbolçuları alqışlamaq lazımdır" - Aftandil Hacıyev

"Futbolçuları alqışlamaq lazımdır" - Aftandil Hacıyev
  • İdman

  • "Sumqayıtda bu cür izdihamın yaşanması, hər iki komandanın daha çox yerli futbolçulardan olması maraqlı idi. Bərabər səviyyədə oyun oldu. Hər iki tərəfdə səhvlər var idi. Bundan istifadə edən biz olduq. İki hissəni müqayisə edəndə, ilk yarıya yaxşı başlaya bilmədik. Futbolçular ilk hissədə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirdilər. Ancaq fasilədən sonra vəziyyət dəyişdi. "Sumqayıt"ın da oyununu qeyd edərdim. Burada yaxşı infrastruktur var. Komandanın öz sözünü deyəcəyinə inanıram. Bu cür şəraitdə 3 xal qazanmağı "Səbail"in lehinə yazmaq olar".

    Asiya.az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

    "İki qalibiyyətə görə komandanın özünə gəldiyini demək olmaz. Bizim də problemlərimiz var. Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdır.Stabil çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Ancaq bunun üçün maddi imkan yoxdur. Büdcə azaldılıb. Demək olar ki, yarı-yarıya. Sponsorlarla ciddi problemlər yaranıb. Bu büdcəylə futbolçuları qoruyub, saxlamağa çalışırıq. Komandadan gedənlər ola bilər. Rəhbərlik hər futbolçunun qərarına hörmətlə yanaşacağını deyib. Amma komandanı dəyişməyin hansısa futbolçuya müsbət təsir edəcəyini düşünmürəm. Hər komandada çətinlik olur" - deyə o bildirib.

    A.Hacıyev söyləyib ki, qarşılarına konkret vəzifə qoyulmayıb: "Rəhbərliyi də başa düşürük. Durum hər an düzələ də bilər, əksinə də ola bilər. Ruhdan düşməyə çalışmırıq. Futbolçular da, biz də durumun düzəlməyini istəyirik.

    Növbəti tur "Qarabağ"la oynayacağıq. Bu komanda ilə oyunlar həmişə çətin olur. Onlar digər komandalardan 5 baş üstündür. Yaxşı oyun nümayiş etdirmək üçün çalışacağıq. Bundan əvvəlki turda əsasən ehtiyat oyunçularla oynayırdılarsa, bizimlə oyunda əsas heyətlə olacaqlarını düşünürəm. Onlar tək bizdən yox, bütün komandalardan üstündülər. Ancaq bu o demək deyil ki, təslim olacağıq".
    PAYLAŞ:

    Oxşar xəbərlər