Qonşular arasında dava düşdü: qadını döydülər

Qonşular arasında dava düşdü: qadını döydülər
  • Olay

  • Gəncə şəhərində qonşular arasında dava düşüb.

    Hadisə zamanı 1982 ci il təvəllüdlü Pənahova Pərvanə Fəxrəddin qızı döyülüb.

    Qadın müxtəlif xəsarətlərlə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

    Onun vəziyyətinin orta-ağır olduğu deyilir. Qadını döyən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər