Masallıda quduz itlər kəndə hücum çəkib:İKİ YARALI

Masallıda quduz itlər kəndə hücum çəkib:İKİ YARALI
  • Olay

  • Bir müddət əvvəl Masallı rayonunun Güllütəpə kəndinin problemləri ilə bağlı yazmışdıq. Həmin yazıda kənddə ilanların artıq evlərə soxulduğu və insanlara zərər verə biləcəyi barədə qeyd etmişdik.

    Asiya.az xəbər verir ki, yayın ortalarında kənd sakinlərinin bir neçə mal-qarası ilan sancmasından tələf olmuşdu. Evlərə girən ilanlar xoşbəxtlikdən insan sancmalarına səbəb olmasa da, bu gün də kənddə həmin risk qalmaqdadır.

    Lakin Masallı rayonu, Güllütəpə kəndinin sakinləri daha bir problem yaşamağa başlayıblar. JAMAZ.İNFO-ya sakinlərin verdiyi məlumata görə, dünən iki nəfər quduz itlərin hücumuna məruz qalıb. Onlar aldıqları xəsarət səbəbindən təcili Masallı rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanada onlara quduzluq əleyhinə vaksin vurulub, vəziyyətləri stabildir.

    Sakinlər deyirlər ki, quduz itlərin sayı son günlər xeyli artıb. Kəndin yaxınlığındakı meşəlikdə məskən salmış vəhşi itlər əvvəlcə əhəmiyyətsiz hesab olunsalar da, son günlər insanlar küçəyə çıxarkən özlərini müdafiə etmək məqsədi ilə dəyənək götürməli olurlar. Bununla bağlı güllütəpəlilər müvafiq qurumlara müraciət etsələr də, heç bir faydası olmayıb.

    Xatırladaq ki, bir neçə il bundan əvvəl sözgedən kənddə vəhşi itin gənc qızı dişləməsi ölümlə nəticələnmişdi. Belə ki, kənd sakini it dişləməsindən sonra vaxtında xəstəxanaya aparılmadığı üçün quduzluq xəstəliyinə tutulmuş və bu xəstəlik üzündən vəfat etmişdi.
    PAYLAŞ:

    Oxşar xəbərlər